ABŞ və İran çərçivə sazişinə yaxındır, mübahisəli məsələlər qalır

16:36 - 25.05.2026


25 may, Fineko/abc.az. Vaşinqton və Tehranın Çərçivə Sazişi 95% hazırdır.

ABC.AZ xəbər verir ki, Fox xəbər telekanalının məlumatına görə, hazırda danışıqlar aparanlar Hörmüz boğazı və İranın nüvə materialları ehtiyatı ilə bağlı ifadələr barədə hələ də mübahisə edirlər.

“Mətn formalaşdırılması ilə bağlı danışıqları davam etdiririk”, — deyə rəsmilər bildiriblər.

Bundan əvvəl ABŞ Dövlət Departamenti İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib.