Azərbaycanın bu bankı Afrika ölkələrində ödəniş təşkilatlarına yatırım edə bilər

14:01 - 8.05.2026


8 may, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər.

ABC.AZ xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Onun sözlərinə görə, artıq bank bununla bağlı ölkələrin qısa siyahısını müəyyən edib.

“ABB-nin investisiya üzrə inkişaf strategiyası təkcə bank sektoruna yatırımla bağlı deyil. Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatlarına, fintexlərə və digər maliyyə təşkilatlarına yatırım edə bilərik. Amma hələlik bununla bağlı konkret planımız yoxdur”, - deyə sədr əlavə edib.

Müəllif: Elmir Muradov