14:39 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycan dövlətinə gündəlik orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilib. Bu barədə "bp Azerbaijan" şirkətindən bildirilib.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
İlin ilk yarısında AÇG-də əlamətdar hadisə sərbəst təbii qaz (STQ) hasilatının başlanması olub və yataq ilk kommersiya qaz hasilatı mərhələsinə keçib. Qırmakıaltı Qumlu lay dəstində başlanan hasilat Səngəçal terminalına ötürülür. Həmçinin, STQ quyusu vasitəsilə qaz və su layları arasında neft halqası aşkar edilib. "Dərinsulu Günəşli" platformasından ilk neft halqası quyusunun qazılmasına may ayında başlanılıb və işlərin 2026-cı ilin ikinci yarısında tamamlanması gözlənilir.