11:26 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 191 milyon 596,3 min manat məbləğində vəsait geri qaytarılıb.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Geri qaytarılan vəsaitlərin tərkibinə pərakəndə ticarət, ictimai iaşə, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlər, habelə işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətləri üzrə ödənilmiş ƏDV-nin bir hissəsi ("ƏDV geri al"), eləcə də əcnəbilərin istehsal və kommersiya məqsədi daşımayan mallar üzrə ödədikləri ƏDV (Tax Free) daxildir.
Bundan əlavə, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlər sırasındadır.
3 Avqust 2026
4 Avqust 2026