12:31 - 6.08.2026
6 avqust, Fineko/abc.az. Qlobal birjalardakı son yüksəliş dalğasından sonra investorlar yenidən temkinli mövqeyə keçiblər. Hörmüz boğazının açılması ilə bağlı gözləntilər fonunda qızıl kəskin bahalaşsa da, fond bazarlarında və texnologiya sektorunda ciddi geriləmələr müşahid olunur.
Dörd gün ərzində 3,7 trilyon dollar dəyər qazanan ABŞ-nin "S&P 500" indeksində artım tempi dayanıb. Dünyanın aparıcı çip istehsalçılarının indeksi 1,4% ucuzlaşıb. Güclü maliyyə göstəricilərinə baxmayaraq, "SpaceX" şirkətinin səhmləri 101 milyard dollar dəyərində səhm emissiyası fonunda 14% dəyər itirib. Asiya birjalarında isə "Kospi" indeksi "SK Hynix" və "Samsung Electronics" səhmlərinin ucuzlaşması ilə 4,5% geriləyib. Bütövlükdə qlobal MSCI All Country World indeksi 0,2% aşağı düşüb.
Bunun əksinə olaraq, Yaxın Şərqdə gərginliyin səngiməsi ehtimalı və ABŞ-də faiz artımı gözləntilərinin zəifləməsi qızıl qiymətlərini rekorda aparıb. Ticarət sessiyası ərzində qızılın bir unsiyasının qiyməti 4 300 ABŞ dollarını (təxminən 7 310 manat) ötüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026