AMB "Modenis" MMC-nin lisenziyasını ləğv edib — Şirkət "Mpay"ə qoşulub

17:48 - 5.08.2026


5 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2026-cı il 4 avqust tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan bildirilib ki, bu qərar şirkətin "Mpay" MMC-yə qoşulması ilə bağlı qəbul olunub. Belə ki, "Mpay" MMC "Modenis" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.