08:00 - 6.08.2026
6 avqust, Fineko/abc.az. USDC steyblkoininin (stablecoin) emissoru olan "Circle" şirkəti II rüb üzrə xalis mənfəət proqnozlarını üstələsə də, gəlirin gözləntilərdən aşağı qalması səbəbindən şirkətin səhmləri ticarətin ilk saatlarında dəyər itirib.
Hesabat dövründə "Circle"in səhm başına xalis mənfəəti 18 sent təşkil edib (Uoll-Strit proqnozu: 17 sent). Şirkətin dövriyyədə olan USDC steyblkoinlərinin həcmi illik müqayisədə 19% artaraq 73,3 milyard dollara, şəbəkədaxili (onchain) əməliyyat həcmi isə 151% yüksəlib. Bununla belə, USDC ehtiyatlarını təmin edən aktivlər üzrə gəlirlilik dərəcəsi (reserve return rate) 66 baza bəndi azalaraq 3,5%-ə düşüb.
Qeyd edək ki, "Circle" ABŞ-də milli trast bankı xartiyası (charter) üçün təsdiq əldə edərək tənzimləmə mövqeyini gücləndirib və institusional müştərilərə ödəniş infrastrukturu xidmətlərini genişləndirməkdə davam edir.
3 Avqust 2026
3 Avqust 2026