AİB Azərbaycanın dayanıqlı enerji infrastrukturu layihəsini maliyyələşdirməyi planlaşdırır

12:24 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankı (AİB) "Azərbaycanın dayanıqlı enerji infrastrukturu layihələrinin hazırlanmasına" dair layihəni nəzərdən keçirir.

Bankın məlumatına əsasən, layihənin Texniki Yardım üzrə Xüsusi Fondunun (Technical Assistance Special Fund) vəsaitləri hesabına 500 min ABŞ dolları (təxminən 850 min manat) məbləğində maliyyələşdirilməsi planlaşdırılır.