09:30 - 6.08.2026
6 avqust, Fineko/abc.az. Türkiyənin ən iri sənaye-maliyyə konqlomeratlarından olan "Koç Holding" 2026-cı ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Şirkət rüb üzrə 19,7 milyard Türk Lirəsi (təxminən 485 milyon ABŞ dolları) xalis mənfəət əldə edərək 13,6 milyard TL səviyyəsində olan bazar gözləntilərini kəskin şəkildə geridə qoyub. Holdingin konsolidə olunmuş rüblük gəlirləri illik müqayisədə 13% artaraq 904,2 milyard TL-yə (təxminən 22,2 milyard ABŞ dolları) çatıb.
Hesabat dövründə qrupun kombine olunmuş gəlirlərinə ən böyük töhfəni "Tüpraş"ın güclü balansı hesabına 1 trilyon TL (təxminən 24,6 milyard dollar) gəlir hasil edən enerji seqmenti (31% artım) verib. Avtomobil bölməsinin gəlirləri 769,8 milyard TL (~18,9 milyard dollar), maliyyə seqmentinin gəlirləri 517,8 milyard TL (~12,7 milyard dollar), məişət texnikası ("Arçelik") üzrə gəlirlər isə 309,7 milyard TL (~7,6 milyard dollar) təşkil edib. İlin ilk yarısında holdingin ümumi kombine gəlirləri 7% artaraq 2,7 trilyon TL-yə (təxminən 66,3 milyard ABŞ dolları) yüksəlib.
Türkiyənin ümumi ixracatının 8%-ni reallaşdıran qrupun gəlirlərinin təxminən 50%-i xarici valyuta ilə əldə olunub. Birinci yarımilin yekunlarına görə "Koç Holding"in solo xalis nağd mövqeyi 989 milyon dollar təşkil edib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026