09:00 - 6.08.2026
6 avqust, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi avqustun 15-də ödəniş müddəti çatan 96,3 milyard dollarlıq dövlət istiqrazlarının yenidən maliyyələşdirilməsi (refinanslaşdırılması) çərçivəsində gələn həftə ümumilikdə 125 milyard dollar dəyərində 3 yeni hərrac təşkil edəcəyini elan edib.
Hərrac cədvəlinə əsasən, avqustun 11-də 58 milyard dollarlıq 3 illik, avqustun 12-də 42 milyard dollarlıq 10 illik və avqustun 13-də 25 milyard dollarlıq 30 illik istiqrazlar satışa çıxarılacaq. Bu emissiyalar vasitəsilə özəl investorlardan 28,7 milyard dollar həcmində yeni nağd vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, mövcud borclanma proqnozlarına uyğun olaraq yaxın bir neçə rüb ərzində nominal kuponlu və dəyişkən faizli istiqrazların emissiya həcmlərinin dəyişdirilmədən sabit saxlanılması gözlənilir.