“Saudi Aramco” Cəfura yatağından kondensat ixracına başlayıb

16:55 - 23.02.2026


23 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” Cəfura yatağından hasil edilən ultra yüngül kondensatın satışı üzrə müqavilələr bağlayıb.

ABC.AZ xəbər verir ki, alıcılar “Chevron”, “ExxonMobil” və “Indian Oil Corp” olub.

Tədarüklər fevralın sonu və mart ayına planlaşdırılıb, qiymət isə Dubai etalonuna nisbətən hər barel üçün 2–3 dollar premium ilə müəyyən edilib. Reuters agentliyinin məlumatına görə, “Saudi Aramco” hər ay 500 min barellik altı partiyaya qədər kondensat ixrac edə bilər.

229 trln kub fut qaz və 75 mlrd barel kondensat ehtiyatına malik Cəfura yatağı 100 mlrd dollar dəyərində əsas layihə olmaqla, şirkətin qlobal qaz bazarında mövqelərini gücləndirmə strategiyasının mühüm hissəsidir.