15:25 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. “Comex” əmtəə birjasında gümüş üzrə fyuçerslərin qiyməti 16,5% azalaraq Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə 1 troya unsiyası üçün 95,5 dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, ucuzlaşma rekord artımdan sonra baş verib.
Yanvarın 26-da gümüşün qiyməti tarixdə ilk dəfə 1 unsiya üçün 117,1 dollara çatmışdı. Növbəti gün kotirovkalar bir qədər geriləyərək 110–112 dollar aralığında qərarlaşıb. Bu isə 2026-cı ilin əvvəlindən bəri 55,5–58% artım və son 12 ayda 1,4 dəfə bahalaşma deməkdir.
“Bloomberg”in məlumatına görə, belə dinamika geosiyasi gərginliklərlə, o cümlədən Ağ evin Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinə mane olan səkkiz ölkədən idxala əlavə gömrük rüsumları tətbiq etmək hədələri və zəifləyən dollarla bağlıdır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026