BP Castrol-un 65%-ni 10 mlrd dollar qarşılığında ABŞ-ın Stonepeak şirkətinə satır

10:29 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. BP sürtkü materialları istehsal edən Castrol bölməsinin 65%-nin ABŞ-ın Stonepeak investisiya şirkətinə satılması barədə razılığa gəlib.

ABC.AZ xəbər verir ki, 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılan sövdələşmənin həcmi təxminən 10,1 mlrd dollar təşkil edir. BP Castrol-da 35% payını saxlayacaq, lakin gələcəkdə bu payın da satılması istisna edilmir.

Şirkət əldə edilən vəsaiti 26 mlrd dolları ötən borcun azaldılmasına yönəldəcək. Ən gəlirli aktivlərdən birinin satışı maliyyə çətinlikləri, investor etimadının azalması və rəqiblər tərəfindən ələ keçirilmə riski fonunda atılan məcburi addım kimi qiymətləndirilir.