Doqquz ayda “AzerGold” ixracdan 165,6 mln. dollar gəlir əldə edib

16:37 - 31.10.2025


31 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC 165,6 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,84 dəfə çoxdur.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 90 milyon dollar olub.