Bu hal baş versə AMB alış yönlü müdaxilə edəcək

12:07 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. Valyuta bazarında tələbin təklifdən az olması davam edərsə, Mərkəzi Bank alış yönlü müdaxilə edəcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib. Sözügedən məsələ barədə hər hansı bir məbləğ deməyin düzgün oldmadığını deyən T.Kazımov hazırda 9 ayın nəticələrinə baxdıqda valyuta bazarında təklif kifayət qədər yüksəkdir.

"Belə olduqda, ehtimal ki, biz valyuta bazarına alış yönlü müdaxilə edəcəyik. Amma bu məbləğin 600 milyon dollar, 300 milyon dollar və ya 900 milyon dollar olacağını söyləməyimiz doğru olmaz. Çünki ilin sonuna kimi hələ büdcə xərcləri var və bunları nəzərə almaq lazımdır", - deyə baş bankir qeyd edib.

Müəllif: Elmir Muradov