15:43 - 20.10.2025
20 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu Ukraynadan qrivnanın devalvasiyasını tələb edir.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Nəşr qeyd edir ki, Beynəlxalq Valyuta Fondu Ukrayna Milli Bankına qrivnanı devalvasiya etmək üçün təzyiq göstərir.
Bu təklif yeni kredit paketi ilə bağlı həlledici danışıqlar ərəfəsində Kiyevdə gərginliyə səbəb ola bilər.
BVF, büdcə gəlirlərinin artırılması yolu ilə Ukraynanın gərgin maliyyəsini möhkəmləndirməyə kömək edə biləcək bir addım kimi, qrivnanın nəzarət olunan templərlə devalvasiyasının üstünlüklərini qeyd edir.
Lakin Ukrayna Milli Bankının rəsmiləri inflyasiya və ictimai əhval-ruhiyyə risklərinə istinad edərək bu addıma müqavimət göstərirlər, deyə anonim mənbələrdən bildirilb, çünki danışıqlar bağlı qapılar arxasında aparılır.
14 Avqust 2026
14 Avqust 2026