15:28 - 20.10.2025
20 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində bir sıra maliyyə institutları ilə görüşüb.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, Abu-Dabi Kommersiya Bankı, "Mizuho Bank", "UBS", Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə keçirilən görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun cari trendləri və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
13-18 oktyabr tarixlərini əhatə edən ABŞ səfəri çərçivəsində keçirilmiş görüşlər AMB-nin, eləcə də ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da gücləndirilməsi, o cümlədən beynəlxalq tərəfdaşlarla strateji dialoqunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
13 Avqust 2026
13 Avqust 2026