10:50 - 20.10.2025
20 oktyabr, Fineko/abc.az. Bazar ertəsi səhər qızılın birja qiyməti 1%-dən çox yüksəlir, deyə ticarət məlumatlarında qeyd edilir.
ABC.AZ xəbər verir ki, saat 9.50-yə olan məlumata görə (Bakı vaxtı ilə) Comex Nyu-York birjasında qızıl fyuçerslərinin dekabr qiyməti əvvəlki bağlanışa nisbətən 47,1 dollar və ya 1,12% artaraq troya unsiyasına 4,260,4 dollara çatır. Dekabr fyuçersləri eyni zamanda 0,84% artaraq bir unsiya üçün 50,525 dollara çatır.
Keçən həftə qızıl 5% - dən çox bahalaşmışdı, cümə günü isə troya unsiyasına 4,391,69 dollar dəyərində yeni tarixi rekord vurmuşdu.
13 Avqust 2026
13 Avqust 2026