15:45 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,07 bənd, ötən il sentyabrın 1-nə nisbətən isə 0,06 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
14 Avqust 2026
14 Avqust 2026