Xidmətlər balansında təxminən 1 milyard dollarlıq kəsir yaranıb - Samir Nəsirov

11:20 - 17.09.2025


17 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankdan bu ilin ilk 6 ayında xidmətlər balansında kəsir yarandığı açıqlanıb.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, təxminən 1 milyard dollarlıq kəsir əmələ gəlib:

"Bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,7% azdır. Kəsiri şərtləndirən əsas amil neft-qaz sektorunda tikinti və digər işgüzar xidmətlərlə bağlı olub. Lakin sevindirici hal odur ki, artıq nəqliyyat xidmətləri daimi profisitlə formalaşır. Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti 856 milyon dollar təşkil edib. Nəqliyyat xidmətləri dedikdə biz, əsasən, həm Bakı-Tbilisi-Ceyhan (BTC), həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə tranzit, həm də sərnişin daşımalarından qazanılmış gəlirləri nəzərdə tuturuq. Turizm xidmətləri də profisitlidir. Bu dövrdə turizm xidmətlərinin profisiti təxminən 194 milyon dollar təşkil edib".

Müəllif: Elmir Murad