Gələn il kənd təsərrüfatı xərcləri azaldılacaq

12:07 - 16.09.2025


16 sentyabr, Fineko/abc.az. 2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur.

Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .

Qeyd edək ki, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3% azdır.