Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 249,4 milyon dolları keçib

11:14 - 2.09.2025


2 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249,4 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 2,6 % artıb, son 1 ildə isə 4,5 % azalıb.