14:57 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatına Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilmişdir.
Lakin, ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Qeyd olunanları nəzərə alaraq,
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.
13 Avqust 2026
13 Avqust 2026