14:46 - 1.09.2025
1 sentyabr, Fineko/abc.az. Bu ilin avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,866 milyard manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bankdan bildiriblər. Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 94,9 milyon manat və ya 1,2% azalıb.
Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,4 milyard manat və ya 15,6% azalıb.
Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,961 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 9,318 milyard manat təşkil etmişdi.
13 Avqust 2026
13 Avqust 2026