Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 529,4 milyon manat olub

11:27 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Bu ilin avqsutun 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,2 milyard manat, vaxtı keçmiş kreditlərin həcmi isə 529,4 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib. Belə ki, sözügen dövrdə cəmi kredit qoyuluşlarının 26,1 milyard manatını milli valyutada kreditlər təşkil edib.

Milli valyutadakı kreditlərin 433,6 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,1 milyard manatı xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 95,8 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin avqustun 1-nə milli valyutada qoyulmuş kreditlər 3,4 milyard manat və ya 15,2% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 459,1 milyon manat və ya 10% azalıb.

Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,2 milyard manatını qısamüddətli, 21,9 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 670 milyon manatını qısamüddətli, 3,5 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.