Bankların 7 ayda kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb

11:15 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Azərbaycandakı bankların 2025-ci ilin yanvar-iyul ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında bankların kreditlər üzrə faiz gəlirləri 2 milyard 213 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 774 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-iyul ayında faizlər üzrə xərcləri isə 1 milyard 20 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.