İngiltərə milyonerlərinin yarısı sərvət vergisi səbəbindən ölkəni tərk etməyə hazırdır

17:37 - 19.08.2025


19 avqust, Fineko/abc.az. Britaniyanın ən varlı sakinlərinin 53%-i sərvət vergisi tətbiq ediləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduqlarını bildiriblər.  

ABC.AZ xəbər verir ki, köçmək üçün ən populyar yerlər ABŞ, Kanada, Avstraliya və BƏƏ-dir. Buna baxmayaraq, respondentlərin 67%-i Britaniyanı investisiya üçün cəlbedici hesab edir, 81%-i isə özünü zəngin hiss etməyə davam edir. Hökumət büdcə kəsirini ödəmək üçün yeni vergi tədbirlərini nəzərdən keçirir.