Azərbaycan Asiya İnfrastruktur və İnvestisiya Bankından borclanmanı 16% azaldıb

12:22 - 1.08.2025


1 avqust, Fineko/abc.az. Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 1,7 %-i və ya 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankından cəlb edilmiş öhdəliklərin payına düşüb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % azdır.