Azərbaycanın bank sektorunun aktivləri 57 milyard manata yaxınlaşıb

10:04 - 25.07.2025


25 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun ayında fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734.1 mln. manat, cəmi öhdəlikləri 49,788.2 mln. manat, balans kapitalı 6,945.9 mln. manat olub.

ABC.AZ Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, iyun ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.3% artıb.

Hesabat ayında bankların kredit portfeli 0.3% və ya 85.6 mln. manat artaraq 28,472.1 mln. manat olub. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.2% (15,143.7 mln. manat); ıı) istehlak kreditləri – 31.3% (8,898.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,430.2 mln. manat).