Əhalinin adambaşına düşən nominal gəlirləri 6.7 faiz artıb

15:51 - 11.07.2025


11 iyul, Fineko/abc.az. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin adambaşına düşən nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6.7 faiz artımla 4 177.2 manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə iyunda qida, xidmət və yanacaq xərclərinin illik qiymət dəyişməsini ölçən istehlak qiymətləri indeksi 6 faiz artım göstərib.

Öncəki ayda illik qiymət arımları 6.3 faiz idi. Yəni ölkədə son bir ildə ümumi olaraq pulun alıcılıq qabiliyyəti 6 faiz azalıb.

Bununla belə, DSK-nin hesablamalarına əsaslansaq əhalinin real gəlirlərindəki artım qiymət artımlarını üstələyib.

Ümumilikdə 10 milyon 239,1 min əhalisi olan ölkədə nominal gəlirlər illik 7.2 faiz artımla 42 milyard 747.8 milyon manat yüksəlib.