BMW-nin rüblük satışları 0,4% artıb

15:06 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Bu ilin 2-ci rübündə Almaniyanın Bayerische Motoren Werke (BMW) şirkəti ötən ilin eyni dövrü ilə müqayisədə satışları 0,4% artıraraq 621,271 min ədədə çatdırıb.

ABC.AZ xəbər verir ki, Avropada satışlar 10,1%, Almaniyada 7,8%, ABŞ - da 1,4% artıb. Qrupun avtomobillərinin Asiyada satışı 10,1%, o cümlədən Çində 13,7% azalıb.

BMW brendinin satışları 2-ci rübdə 2,6% azalıb, MİNİ satışları 33,1% və Rolls-Royce satışları isə 9,4% yüksəlib.