09:00 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Qazaxıstanın milli aviaşirkəti "Air Astana" 2026-cı ilin birinci yarımilliyinin maliyyə nəticələrini açıqlayıb.
Gəlirlərin 16,1% artaraq 763,9 milyon dollara çatmasına baxmayaraq, xərclərin kəskin yüksəlməsi şirkəti zərərə uğradıb. Aviaşirkət ili 21,2 milyon dollar xalis zərərlə bağlayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə aviaşirkət 10,7 milyon dollar mənfəət əldə etmişdi.
Zərərin əsas səbəbləri kimi beynəlxalq hava limanlarında təyyarə yanacağının kəskin bahalaşması, Qazaxıstan tengəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsi və "Pratt & Whitney" mühərriklərində yaranan texniki problemlərlə bağlı əlavə xərclər göstərilir. İkinci rübdə şirkətin zərəri 0,1 milyon dollar təşkil edib (ötən ilin eyni rübündə 18,1 milyon dollar mənfəət olmuşdu).
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026