21:43 - 10.08.2026
10 avqust, Fineko/abc.az. "JPMorgan" strateqləri Mira Çandan və Arindam Sandilya ABŞ dolları üzrə taktik mövqelərini neytrallaşdırdıqlarını bəyan ediblər. Bank analitikləri ABŞ-dən gələn son iqtisadi göstəricilərin gözləntiləri doğrultmaması səbəbindən inkişaf etmiş ölkə valyutalarına qarşı dolların yüksəlişinə olan uzun mövqelərini (long positions) kiçik zərərlə bağladıqlarını bildiriblər.
Xatırladaq ki, ABŞ-də iyul ayı üzrə kənd təsərrüfatından kənar məşğulluq 23 min nəfər azalıb, halbu ki, analitiklər 80 minlik artım gözləyirdilər.
Analitiklər dollar üçün daha dar dalğalanma diapazonu proqnozlaşdırsalar da, USD/JPY cütlüyü üzrə 164 hədəfini qoruyub saxlayıblar. Inkişaf etməkdə olan ölkələrin valyutalarına gəlincə, bank Latın Amerikası valyutalarında uzun, EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunda orta, Asiya valyutalarında isə qısa mövqelərini saxlayır.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026