Azərbaycanda qeyri-neft sənayesi 4,4% böyüyüb

17:30 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 38 milyard 902,4 milyon manatlıq sənaye məhsulu istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% artıb.

Hesabat dövründə qeyri-neft-qaz sənayesində istehsalın həcmi ötən ilin analoji dövrünə nisbətən 4,4% artaraq 12 milyard 724,8 milyon manat təşkil edib.