ABŞ Maliyyə Naziri Skott Bessent istiqraz gəlirliliyinin artmasının qarşısını almağa çalışır

21:59 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Wall Street treyderləri və analitikləri ABŞ Maliyyə Naziri Skott Bessentin dövlət istiqrazlarının (Treasury) gəlirlilik faizlərinin daha da yüksəlməsinə mane olmaq üçün ardıcıl addımlar atdığı qənaətindədirlər.

Uzunmüddətli istiqraz gəlirlərinin 19 ilin maksimumuna yüksəlməsindən sonra Maliyyə Nazirliyi bazar üzərindəki təzyiqi azaltmaq məqsədilə 1998-ci ildən bu yana ilk dəfə Yapon yeninə dəstək yönümlü valyuta müdaxiləsi həyata keçirib. Bu addım Yaponiyanın yeni qorumaq üçün ABŞ istiqrazlarını satmaq riskini aradan qaldırmağa hesablanıb.

Eyni zamanda, Maliyyə Nazirliyi rüblük borclanma üzrə təlimatda kiçik dəyişiklik edərək uzunmüddətli istiqraz satışlarının azaldıla biləcəyinə dair siqnal verib. Bessent həmçinin ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sədri Kevin Uorşun  son iclasdakı təmkinli rabitə strategiyasını açıq şəkildə müdafiə edib.

"JPMorgan Asset Management"ın portfel meneceri Priya Misranın  sözlərinə görə, bu tədbirlər Maliyyə Nazirliyinin bazardakı gərginliyin fərqində olduğunu və əlindəki alətlərdən istifadə etməyə hazır olduğunu göstərir.