15:16 - 7.07.2025
7 iyul, Fineko/abc.az. "ABB İnvest" şirkəti investisiya bazarına 33 min yeni müştəri cəlb edə bilib.
ABC.AZ xəbər verir ki, bunu "ABB İnvest"in icraçı direktoru Nadir Babazadə şirkətin fəaliyyətinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bazara yeni müştərilərin cəlb edilməsi investisiya bazarına öz töhfəsini verib: "Burada əsas məqsəd gəlir əldə etmək deyil, investisiya bazarını inkişaf etdirməkdir. Bu proses investisiya bazarında aktivliyə səbəb olub".
Müəllif: Elmir Murad
14 Avqust 2026