14:52 - 7.07.2025
7 iyul, Finkeo/abc.az. 2024-cü il bizim üçün ən uğurlu fəaliyyət ili olub.
ABC.AZ xəbər verir ki, bunu ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbuat konfransında Biznesin İnkişafı departamentinin direktoru Elçin Məmmədov deyib.
O bildirib ki, sözügedən dövrdə ABB İnvestin komissiya gəlirləri artıb. "Bəhs olunan dövrdə əməliyyat gəlirlərimiz 2 milyon 900 min manata çatıb. Gəlirlər artdıqca xərclərdə də artım qeydə alınıb. Bu artım, əsasən, işçi heyəti ilə bağlıdır. Bizim xalis mənfəətin səhmdar kapitalına nisbəti 41 faiz olub. Bu rentabellilik deməkdir. Xalis mınfəətin aktivlərə nisbəti isə 9,6 faiz olub. ABB invest investisiya şirkətləri arasında ən böyük xalis mənfəət götürmüş şirkət olub. Aktivlərin həcminə görə, digər investisiya şirkətlərdən böyük olmasaq da, aktivlərin səmərəli istifadəsi baxımından daha yaxşı nəticələrimiz var" - deyə, E. Məmmədov bildirib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026