ARDNF-in 6 ayda büdcəyə transfertləri 7 milyard 240,5 milyon manat olub

12:32 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 7 milyard 240,5 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.

Xatırladaq ki, bu il ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 6 aylıq ödəniş tam icra edilib.