10:24 - 30.06.2025
30 iyun Fineko/abc.az. "Nvidia" rəhbərliyi 1 milyard dollardan çox dəyərdə səhm satıb.
ABC.AZ xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Sözügedən məlumatda qeyd edilib ki, süni intellekt çipləri istehsal edən "Nvidia" şirkətinin rəhbər şəxsləri son bir il ərzində 1 milyard dollardan çox dəyərində səhm satıblar.
Mənbənin bildirdiyinə görə, təkcə son bir ayda – bazar yeni rekordlara çatarkən və investorları narahat edən geosiyasi gərginliklər arxa plana keçərkən – təxminən 500 milyon dollar dəyərində səhm satışı həyata keçirilib. Bütün bu proseslərə baxmayaraq, Nvidia-nın səhmləri bu ilin əvvəlindən bəri 17%, son üç ayda isə 44% artıb.
Sənədlərdə göstərilir ki, şirkətin baş direktoru Censen Huang mart ayında elan etdiyi, ilin sonuna qədər 6 milyon səhm satışı nəzərdə tutulan 900 milyon dollarlıq plana əsasən, bu yaxınlarda 15 milyon dollarlıq səhm satışı həyata keçirib. Onun şəxsi sərvəti hazırda 138 milyard dollar civarındadır və bu göstərici ilə Bloomberg Milyarderlər İndeksində 11-ci yerdə qərarlaşıb.
14 Avqust 2026