17:29 - 25.06.2025
25 iyun, Fineko/abc.az. Azərbaycan banklarının reklam və marketinq xərclərinə sərf etdiyi vəsaitlərin məbləği məlum olub.
ABC.AZ xəbər verir ki, 2024-cü ildə ölkə bankları reklam marketinq xərclərinə ümumilikdə 66 milyon manat vəsait sərf ediblər.
Marketinq və reklam xərclərinin əsas istifadəçiləri ölkədə geniş filial şəbəkəsinə malik olan, xüsusilə də istehlak kreditləri bazarında aktiv olan banklardır.
«Unibank»ın reklam xərcləri 10 milyon manatdan bir qədər azdır. Reklam xərcləri 4 milyon manatdan artıq olan banklar arasında «Bank of Baku» və «Premium Bank» da var.
Ölkədəki 8 bankın reklam-marketinq xərcləri 1 milyon manatdan aşağıdır.
13 Avqust 2026
13 Avqust 2026