Banklar 5 ayda kreditlər üzrə faizlərdən bu qədər gəlir əldə edib

17:07 - 25.06.2025


25 iyun, Fineko/abc.az. Azərbaycandakı bankların 2025-ci ilin yanvar-may ayında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 541 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Bankların 2024-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 1 milyard 245 milyon manat təşkil etmişdir.

Cari ilin yanvar-may ayında faizlər üzrə xərcləri isə 695.1 milyon manat olub. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.