Banklar 5 ayda 109 milyon manat mənfəət vergisi ödəyib

11:59 - 25.06.2025


25 iyun, Fineko/abc.az. 2025-ci ilin yanvar-may aylarında banklar ümumilikdə 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat əməliyyat mənfəəti əldə edib və bu dövrdə 109 mln. manat məbləğində mənfəət vergisi ödəyib.

ABC.AZ xəbər verir ki, bank sektoru keçən ilin ilk beş ayında 519.7 milyon manat xalis mənfəət əldə etdiyini nəzərə alsaq bu onlarln xalis mənfəətinin illik 89 mln. manat və ya 17% azalması deməkdir.

2025-ci il 31 may tarixinə ölkədə fəaliyyət göstərən 22 bankın 494 filialı, 87 şöbəsi və 3,332 ATM-i mövcud olub. Bank sektorunda çalışanların sayı 26 nəfər və ya 0.1% artaraq 25,965 nəfərə çatıb.