Mayda hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 223.9 milyon manat olub

11:49 - 25.06.2025


25 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Banklar üzrə göstəricilər açıqlanıb.

ABC.AZ xəbər verir ki, may ayında fiziki şəxslərin əmanətlərinin 66.7%-i (9 mlrd. 835.1 mln. manat) milli valyutada, 33.3%-i (4 mlrd. 899.2 mln. manat) isə xarici valyutada saxlanılıb.

Əmanətlərin 62.4%-i (9 mlrd. 198.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir. May ayında müddətli əmanətlər 0.7% (62.7 mln. manat), tələbli əmanətlər isə 2.3% (123.6 mln. manat) artıb.

Hesabat ayında unikal müddətli əmanətçi sayı 3,205 nəfər və ya 2%, ilin əvvəlindən isə 14,542 nəfər və ya 9.7% artım göstərib. Hüquqi şəxslərin tələbli depozitləri 18 mlrd. 223.9 mln. manat olub və bu, onların ümumi depozitlərinin 77.7%-ni təşkil edib.