11:06 - 25.06.2025
25 iyun, Fineko/abc.az. 2025-ci ilin yanvar-may aylarında banklar ümumilikdə 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat əməliyyat mənfəəti əldə edib və bu dövrdə 109 mln. manat məbləğində mənfəət vergisi ödəyib.
ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, Bank sektoru keçən ilin ilk beş ayında 519.7 milyon manat xalis mənfəət əldə etdiyini nəzərə alsaq bu onlarln xalis mənfəətinin illik 89 mln. manat və ya 17% azalması deməkdir.
Azərbaycan bank sektorunun cəmi aktivləri 56 mlrd. 549.7 mln. manat, cəmi öhdəlikləri 49 mlrd. 690.3 mln. manat, balans kapitalı isə 6 mlrd. 859.5 mln. manat təşkil edib. Aylıq müqayisədə bank aktivləri 3.6%, öhdəliklər isə 4.3% artım göstərib.
13 Avqust 2026
13 Avqust 2026