Azərbaycanda kredit büroları artıq yalnız skorinq aləti deyil - AMB rəsmisi

10:13 - 23.06.2025


23 iyun, Fineko/abc.az. Azərbaycanda kredit büroları artıq yalnız skorinq aləti deyil, maliyyə sabitliyinin əsas sütunlarından biridir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında Mərkəzi Bankın (AMB) sədr müavini Toğrul Əliyev bildirib.

“Getdikcə daha da rəqəmsallaşan, ciddi inteqrasiya prosesi keçən maliyyə sektorunda kredit hesabatlığı sistemlərinin strateji rolu artıq ənənəvi skorinq formatından çox kənara çıxıb. Bu gün kredit büroları maliyyə sistemi daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir”, – deyə o qeyd edib.(Report)