Aktiv ƏDV ödəyicilərinin sayı 4,8 faiz artıb

11:43 - 10.06.2025


10  iyun, Fineko/abc.az. 1 iyun 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 818,5 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 4,8 faiz artaraq 55,3 min təşkil edib.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,8 faiz artıb və 225,7 min olub.