Avropa Komissiyası: Bolqarıstan 1 yanvar 2026-cı ildən avroya keçməyə hazırdır

17:31 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Avropa Komissiyası Bolqarıstanın 1 yanvar 2026-cı ildən avroya keçməyə hazır olduğunu elan edib.

ABC.AZ xəbər verir ki, iyun ayında Bolqarıstanın avrozonaya qəbulu AB üzv ölkələrinin liderləri tərəfindən təsdiqlənməlidir. İyul ayında AK-na üzv ölkələrin maliyyə nazirləri Bolqarıstan levinin avroya qarşı məzənnəsini təyin edəcəklər.

Qeyd edək ki, Xorvatiya avrozonaya daxil olduqdan sonra ölkə vətəndaşları tarixən yüksək inflyasiya ilə üzləşmişdilər — qiymətlər 40% artmışdı.