11:55 - 4.06.2025
4 iyun, Fineko/abc.az. “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin 2024-cü ili 652,2 min manat zərərlə bağlayıb.
Halbuki, kredit təşkilatı 2023-cü ildə 14,2 min manat xalis mənfəət əldə etmişdi.
ABC.AZ BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, 317,9 min manat faiz gəliri əldə edərək öncəki ildən 262,7 min manat və ya 45,2% zəif nəticə göstərib.
Öncəki ilin eyni dövründə 580,6 min manat gəlirə sahib idi.
BOKT-nin aktivlərinin həcmi illik müqayisədə 1,02 milyon manat və ya 41,2% azalma ilə 2,48 milyon manatdan 1,46 milyon manata düşüb. Azalmaya əsas səbəb kredit portfelinin 410 min manat və ya 22,4% azalma edərək 1,42 milyon manata qədər daralmasıdır.
13 Avqust 2026
13 Avqust 2026