11:43 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Azərbaycanda pul bazası 2025-ci ilin mayında 90 milyon manat və ya 0.43% azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq açıqlamasında qeyd olunub.
Belə ki, 31 may tarixinə pul bazasının həcmi 20 milyard 630 milyon manat olub.
İllik müqayisədə isə pul bazası 681.67 milyon manat və ya 3% artımdır.
Pul bazası Mərkəzi Bank tərəfindən dövriyyəyə buraxılan və iqtisadiyyatda olan nağd pulların və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatlarının cəmini əhatə edir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026