"Qafqaz Kredit" BOKT əksər göstəricilər üzrə geriləyib

17:08 - 2.06.2025


2 iyun, Fineko/abc.az. "Qafqaz Kredit" BOKT 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, təşkilatın ötən il effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri 357 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 122 min manat artıb (51,9%).

Faiz xərcləri isə 132 manat olub ki, bu da ötən illə müqayisədə 12 manat (8,3%) azalma.

Nəticədə, xalis faiz gəlirləri 357 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 122 min manat (51,9%) artım demək olub.

Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat 40 min manat olub. Bu xərc 2023-cü ildə qeydə alınmayıb. Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 317 min manata bərabər olub. İllik illə müqayisədə 82 min manat (34,9%) artıb.

Digər gəlirlər 13 min manat olub. Bu göstəricilər üzrə 2 min manat (13,3%) azalma baş verib.

Köhnəlmə xərcləri 1 min manat (25,0%) azalaraq 3 min manata düşüb.

Silinmə xərcləri isə 32 min manat təşkil edib, lakin  2023-cü ildə bu götərici qeydə alınmayıb.

Nəticədə, "Qafqaz Kredit" 2024-cü il üzrə 54 min manat xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 14 min manat (35,0%) çoxdur..

İl üzrə digər məcmu gəlirlər illik müqayisədə müqayisədə 17 min manat (48,6%) azalaraq 18 min manata düşüb.

Cəmi məcmu mənfəət isə 2023-cü illə müqayisədə 4 min manat (5,3%) azalaraq 71 min manat təşkil edib.